24 episodes

İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.

HAQQ Talk HAQQ Talk

    • Society & Culture
    • 5.0 • 7 Ratings

İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.

    Uşaq evlilikləri nəyə səbəb olur?

    Uşaq evlilikləri nəyə səbəb olur?

    Bu epizodda İnara və Ayşə qonaqları hüquqşünas Sevinc Quliyeva ilə birlikdə aktuallığını itirməyən erkən nikah hadisələrinə hüquqi və sosial baxış gətirməyə çalışdılar.
    Erkən nikah necə baş və verir və davamlılığına təkan verən amillər nələrdir? Erkən nikahla mübarizədə hüquqşünas mövqeyi necə olmalıdır? Problemlə mübarizədə hansı uğurlu təcrübələr mövcuddur?
    Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.
    Bəyənməyi və abonə olmağı unutmayın!

    • 41 min
    İnsan yönümlü şəhər necə olmalıdır?

    İnsan yönümlü şəhər necə olmalıdır?

    İnara və Ayşə bu dəfə qonaqları memar Dilqəm İsmayılovla birgə insan yönümlü şəhər anlayışını və Bakının aktual vəziyyətinin uyğunluğunu müzakirə etdilər.
    İnsan yönümlü şəhər necə olmalıdır? Bakı insan yönümlü, yoxsa avtomobil yönümlü şəhərdir? Bakı insan yönümlü şəhər hesab olunması üçün hansı standartlara cavab verməlidir? Ağıllı şəhər əslində nədir və biz onu necə başa düşürük? Dünya təcrübəsi insan yönümlü şəhərlər haqqında nə deyir?
    Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik. Abonə olmağı unutmayın!

    • 41 min
    Azərbaycana qarşı, Azərbaycan naminə!

    Azərbaycana qarşı, Azərbaycan naminə!

    Yəqin ki, uğursuz məhkəmə təcrübəsindən sonra vətəndaşların "Avropa Məhkəməsində görüşərik!" ifadəsini tez-tez eşitmisiniz. Elə bu səbəblə Azərbaycandan olan müraciətlərin prakitk həllinə birlikdə baxmaq və hansı hallarda müraciət etmək lazımdır kimi məsələləri aydınlaşdırmaq üçün qonağımız vəkil Sevinc Əliyeva ilə birlikdə sizlərə maraqlı kontent hazırlamışıq.
    Gəlin birlikdə ölkəmizdən Avropa Məhkəməsinə olan müraciətləri və prosesə onların yanaşmasını dəyərləndirək.
    Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, abonə olmağı, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙

    • 51 min
    Hüquqda məhbus ömrü

    Hüquqda məhbus ömrü

    Daha çox sadə vətəndaşların xəbər saytlarında həbs olunan şəxslərlə bağlı qarşılaşdıqları yalnış informasiyalara İnara və Ayşə qonaqları vəkil Fariz Namazlı ilə aydınlıq gətiriblər. Bu epizodda sizləri real praktiki təcrübələrlə yanaşı, mümkün ola biləcək təqsirləndirilmə hallarında hüquqi özünümüdafiə addımları haqqında bolca məlumat gözləyir.
    Həbs olunmuş şəxslərin və məhkumların hansı hüquqları var? Təqsirləndirilən şəxs susma hüququndan istifadə edə bilərmi? Məhkumların ailələri ilə görüşləri necə tənzimlənir? Tutulmuş şəxslərin yazışmalarının yoxlanılması qanunidir? Avropada Məhkəməsi məhkum hüquqlarını hansı aspektdən dəyərləndirir?
    Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙
    Əməkdaşlıq üçün: haqqtalkpodcast@gmail.com

    • 37 min
    Gender əsaslı zorakılıq

    Gender əsaslı zorakılıq

    İnara və Ayşə bu dəfə digər zorakılıq növləri ilə çox zaman qarışdırılan gender əsaslı zorakılıqdan və bunun müəyyənləşdirilmə meyarlarından danışacaqlar.
    Gender əsaslı zorakılığı digər zorakılıq növlərindən əsas fərqləndirən məqam nədir? Bu zorakılıq növü necə təzahür olunur? Kişilər gender əsaslı zorakılığa necə məruz qalır? Qanunvericilik bizi bu kimi zorakılıq hallarından necə qoruyur? Digər gender kimlikləri gender əsaslı zorakılığa hansı formalarda məruz qalırlar?
    Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙
    Əməkdaşlıq üçün: haqqtalkpodcast@gmail.com

    • 18 min
    Alınan mallar geri qaytarılır?

    Alınan mallar geri qaytarılır?

    İnara və Ayşə bu dəfə alqı-satqı məsələlərində vətəndaşların tez-tez rastlaşdığı problemlərə aydınlıq gətiriblər. Bu epizod demək olar ki, bütün vətəndaşların gündəlik həyatda işlərinə lazım olacaq sadə məlumatlarla doludur.
    Gəlin görək bütün alınan malları geri qaytara bilərikmi? Hüququmuz qaytarmaq, yoxsa, dəyişdirməkdir? Qanun istehlakçıya hansı güzəştləri edir? Beh ödənilən zaman istehlakçı sui-istifadə olunarsa, bu zaman hansı hüquqlarından istifadə edə bilər? Alıcı və satıcı arasında şifahi müqavilə bağlanarsa, tərəflərin maraqları və hüquqları qanun çərçivəsində necə qorunur?
    Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙
    Əməkdaşlıq üçün: haqqtalkpodcast@gmail.com

    • 19 min

Customer Reviews

5.0 out of 5
7 Ratings

7 Ratings

Top Podcasts In Society & Culture

Söhbətgah
Söhbətgah
Ortamlarda Satılacak Bilgi
Podcast BPT
Bu Mu Yani?
BMY Medya
Felsefenin İzinde
Podbee Media
Fularsız Entellik
Podbee Media
дочь разбойника
libo/libo

You Might Also Like

Söhbətgah
Söhbətgah
Yoldayız Geliyor Musun?
Ece Targıt Günşiray
Ortamlarda Satılacak Bilgi
Podcast BPT
Yakın İlişkiler
Podbee Media