20 episodes

İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.

HAQQ Talk HAQQ Talk

    • Society & Culture
    • 5.0 • 6 Ratings

İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.

    Gender əsaslı zorakılıq

    Gender əsaslı zorakılıq

    İnara və Ayşə bu dəfə digər zorakılıq növləri ilə çox zaman qarışdırılan gender əsaslı zorakılıqdan və bunun müəyyənləşdirilmə meyarlarından danışacaqlar.
    Gender əsaslı zorakılığı digər zorakılıq növlərindən əsas fərqləndirən məqam nədir? Bu zorakılıq növü necə təzahür olunur? Kişilər gender əsaslı zorakılığa necə məruz qalır? Qanunvericilik bizi bu kimi zorakılıq hallarından necə qoruyur? Digər gender kimlikləri gender əsaslı zorakılığa hansı formalarda məruz qalırlar?
    Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙
    Əməkdaşlıq üçün: haqqtalkpodcast@gmail.com

    • 18 min
    Alınan mallar geri qaytarılır?

    Alınan mallar geri qaytarılır?

    İnara və Ayşə bu dəfə alqı-satqı məsələlərində vətəndaşların tez-tez rastlaşdığı problemlərə aydınlıq gətiriblər. Bu epizod demək olar ki, bütün vətəndaşların gündəlik həyatda işlərinə lazım olacaq sadə məlumatlarla doludur.
    Gəlin görək bütün alınan malları geri qaytara bilərikmi? Hüququmuz qaytarmaq, yoxsa, dəyişdirməkdir? Qanun istehlakçıya hansı güzəştləri edir? Beh ödənilən zaman istehlakçı sui-istifadə olunarsa, bu zaman hansı hüquqlarından istifadə edə bilər? Alıcı və satıcı arasında şifahi müqavilə bağlanarsa, tərəflərin maraqları və hüquqları qanun çərçivəsində necə qorunur?
    Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙
    Əməkdaşlıq üçün: haqqtalkpodcast@gmail.com

    • 19 min
    Mənəvi zərər nədir?

    Mənəvi zərər nədir?

    İnara və Ayşə bu dəfə mənəvi zərər mövzusuna hüquqi baxış gətirəcəklər. Bu epizodda Azərbaycan məhkəmə təcrübəsində mənəvi zərərlə bağlı müraciətlərə ümumi yanaşmanı və mövcud qanunvericiliyi prakitiki nümunələrlə sizlər üçün asanlaşdırıblar.
    Mənəvi zərər nədir? Zərər anlayışı necə dəyərləndirilir? Məhkəmədə mənəvi zərər təcrübəsi necə qiymətləndirilir? Mənəvi zərərlə bağlı cərimə ödənişi nə qədər olmalıdır? Bu və bu kimi bütün suallarınıza cavab tapacağınız bir epizod olacaq.
    Suallarınız olduğu təqdirdə şərh bölməsində bizlərlə bölüşməyi unutmayın.

    • 19 min
    Hüquq təhsilinin problemləri

    Hüquq təhsilinin problemləri

    İnara və Ayşənin qonağı bu dəfə hüquq elmləri doktoru Sübhan Əliyev oldu. Azərbaycanda hüquq təhsilini ətraflı müzakirə etdiyimiz bu epizodda, xüsusilə, gənclərin sürətli beyin köçünün ixtisaslaşmalarına təsirindən söz açıblar.
    Universitetlərdə müəllimlər hansı problemlərlə üzləşirlər? Hazırda ölkədə hüquq təhsili nə yerdədir? İnkişaf üçün nələrə ehtiyac var? Hüquq tələbələri nə üçün xarici ölkələrə üz tuturlar?
    Bütün hüquq tələbələrini və hüquqa hazırlaşan gəncləri yeni epizodumuzu dinləməyə dəvət edirik.
    Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək.

    • 41 min
    Haqsız rəqabət

    Haqsız rəqabət

    Kiçik marketlər niyə bağlanır? Yəqin ki, bu sual haqqında ən azı 1 dəfə düşünmüsünüz.
    Bu minvalla haqsız rəqabətdən danışmağa qərar verdik.
    Haqsız rəqabət nədir? Bazarda güc kimdədir? Yeni qəbul olunmuş "Rəqabət məcəlləsi" kiçik sahibkarları qoruya biləcəkmi? Bu və bu kimi bir çox sualları qonağımız, hüquqşünas Rəşad Cahangirov sizlər üçün cavablandıracaq.

    Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün ən maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək.

    • 26 min
    Həkim səhvi

    Həkim səhvi

    "Hippokrat andı" qalsın bir kənara, bu dəfə İnara və Ayşə vəkil Anar Məmişovla həkim fəaliyətinin hüquqi tərəflərini aydınlaşdıracaqlar.
    Uğursuz estetik əməliyyatlar və insan həyatını təhülkəyə atan qalıcı fəsadlar.... Bu hallarda həkimləri hansı məsuliyyətlər gözləyir? Estetik əməliyyata daxil olduqda imzaladığımız müqaviləyə niyə baxmalıyıq? Həkim səhvlərini kim müəyyən edir? Bu kimi suallarınıza cavab tapacağınız maraqlı bir epizod hazılramışıq.
    Bəyənəcəyinizi ümid edir, rəy və təkliflərinizi gözləyirik!

    • 40 min

Customer Reviews

5.0 out of 5
6 Ratings

6 Ratings

Top Podcasts In Society & Culture

Söhbətgah
Söhbətgah
Ortamlarda Satılacak Bilgi
Podcast BPT
武田鉄矢・今朝の三枚おろし
文化放送PodcastQR
オープニング - 大竹まことゴールデンラジオ!
文化放送PodcastQR
Bir İki Söhbət
Leyla Guliyeva
Bu Mu Yani?
BMY Medya

You Might Also Like