İlkin Umarov İlkin Umarov
-
- TV och film
İlkin Umarovun təqdimatında , müxtəlif mövzularda podcastlar və videolar təqdim edirik. Qonaqlar isə bu mövzulara xüsusi rəng qatır. Xoş dinləmələr.
-
Körpü serialı niyə çox yaxşıdır ? | Ətraflı Təhlil
Körpü serialı : İstehsalçı şirkətlər: "İctimai TV" və "ArtFilmBaku" İl: 2022 Seriya sayı: 8 Xronometraj: 45-50 dəq. Baş prodüser: Yalçın Verdiyev Quruluşçu rejissor: Emil Quliyev Quruluşçu operator: Mosmanue Sseanri müəllifləri: Vüqar Hüseynov və Talıb Əhmədov Quruluşçu rəssam: Oleq Lebid Rollarda: Nofəl Şahlaroğlu Elnur Hüseynov Səmimi Fərhad Ülvi Həsənli Cavad Nuriyev və digərləri. ______________ Bütün Hüquqlar Qorunur © İlkin Umarov 2023
-
Qutunun içində nə var ? | Cast Away Təhlil | İlkin Umarov - Danışaq
Etiketlər :
00:00 - Açılış
01:15 - Həlledici Səhnə
04:05 - Dəyişmək
07:22 - Yenidən Doğuş
07:55 - Kellinin Sirri
12:53 - Qutunun içində nə var ?
14:37 - Cast Away
15:19 - Credits
Bütün Hüquqlar Qorunur © İlkin Umarov 2022 #danishaq #ilkinumarov #castaway -
Yaşlılara Burada Yer Yoxdur ! | No Country for Old Men Təhlil
Etiketlər :
00:00 - Açılış
02:00 - Filmi daha yaxşı anlamaq
04:55 - Anton Çiqur əslində yoxdur
07:55 - Karson Vils və sujet xətti
10:55 - Şerifin Hekayəsi
14:15 - Niyə Yaşlılara Burada Yer Yoxdur ?
14:57 - Credits
Bütün Hüquqlar Qorunur © İlkin Umarov 2022 #danishaq #ilkinumarov #danışaq -
JOKER XİLASKARDIR !? | İlkin Umarov - Danışaq
Nolanın Batman üçləməsini bilməyən yoxdur. Xüsusilədə ikinci film olan The Dark Night zamanında olduqca səs küyə səbəb olmuş, studiosuna olduqca böyük pullar qazandırmış, film və comics sektoruna yeni bir nəfəs gətirmişdi. Bu gün sizə, gəlmiş keçmiş ən əfsanəvi Joker olan, el arasında The Dark Knight-ın Jokerindən danışacam. Çünki Gothamin əsas xilaskarı məncə Batman yox məhz elə Jokerdir. Bəs necə ? necəsini İlkin Umarov Yutub kanalından, Spotify , Google və Apple podcasts-dan örgənə bilərsiniz.
-
İnsan kimi ölmək | SHUTTER ISLAND Təhlil
Sizi ən çox təcübləndirən film hansıdır ? Hansı film sizi ikinci dəfə ona baxmağa vadar edib ? Bu günə qədər bir çox film, bitdikdən sonra ağlımızda suallar qoyur, təkrar izlədikdə isə hər şey yerinə oturur. İzləyib bitirdikdən sonra isə öz özümüzə sual veririk, bütün bunlara necə olub ki diqqət etməmişik ?. Bu tip filmlərin əksəriyyətində rejissorlar filmin sonunda baş verəcək hadisəni bəlli etməmək üçün, filmin gedişatında gərçəklərə dair heçnəyi əks etdirmirlər. Və normal bir insanın o sonluğu təxmin etməsi mümkünsüz hal alır. Lakin bəzi filmlər var ki, rejissor filmin əslində nə barədə olduğunu sonuna gəlmədən dəfələrlə deyir. Sadəcə diqqətlə izləyib, bunu aydınlaşdırmaq lazım olur. Martin Scorsese-nin rejissorluq etdiyi SHUTTER ISLAND ( Zindan Adası ) filmidə məhz bu filmlərdən biridir. Əminəm ki bu filmi bəyənən hamı, İlk izləmədə qaçırdığı detallara diqqət etmək üçün filmin sonunu gördükdən sonra, açıb birdə izləyib. Yaxşı bəs hansılardır bu detallar ? Teddinin əslində dedektiv olmadığını, əslində o dəlixananın bir pasienti olduğunu ilk izləmədən anlamaq olardı ? Gəlin bütün bu suallara birlikdə cavab axtaraq.
-
Niyə xarici filmləri ÖZ DİLİMİZDƏ DUBLAJ ETMİRİK ? | Danışaq Podkast S01E16
Niyə xarici filmləri öz dilimizdə dublaj etmirik ? Əslində AzTv və digər yerli kanalların etdikləri şey dublaj sayılmır. Bir iki istisnanı saymasaq, demək olarki Azərbaycanda xarici filmlər heçvaxt öz dilimizdə dublaj edilməyib. Bu və bununla bağlı bir çox məsələdən danışdıq. Xoş dinləmələr !