Yazıçı Manaf Suleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı ötən əsrin əvvəlində Bakıda yaşanan neft bumu dövründən, həmin dövrün əsas qəhrəmanları olan neft maqnatlarından, beynəlxalq kapitalın Bakı neftinə verdiyi önəmdən bəhs edir. Bu parçada söhbət neft bumu dövründə Bakının işgüzar həyatından, neft pulları hesabına paytaxtın mərkəzində yerli milyonçuların ucaltdığı dəbdəbəli malikanə, mehmanxana və binalardan gedir, o zamankı Bakının gündəlik həyatı xırdalıqlarınadək təsvir edilir. Hekayəni Azərbaycanın xalq artisti Rasim Balayev səsləndirib.
정보
- 프로그램
- 발행일2014년 5월 14일 오후 3:45 UTC
- 길이28분
- 등급전체 연령 사용가