Kintsugi Psixologiya

Bəyim Dövlətova Muradxanlı

Qırılmamaq deyil, onları zamanla və səbirlə sağlam şəkildə birləşdirə bilməkdir bizi mükəmməl edən. Günlük həyatınızda ən az bir dəfə də olsun bəhsi keçən ”psixoloji mövzular”ı istədiyiniz zaman və istədiyiniz yerdə dinləyə biləcəksiniz. O qırıqları birləşdirmək isə hər zaman öz əlinizdə olacaq.

  1. 15 MAR

    010. Uşaq Böyütmək Qorxusu | Bir Valideyn, Bir Övlad

    Övlad sahibi olmaq istəyi bir çox insan üçün həyatın ən dərin və məsuliyyətli qərarlarından biridir. Bu qərarla birlikdə isə çox vaxt müxtəlif düşüncələr və təşvişlər də ortaya çıxır. Bəzi insanlar “yaxşı valideyn ola biləcəyəmmi?”, “övladımın ehtiyaclarını doğru şəkildə qarşılaya biləcəyəmmi?” kimi suallar üzərində düşünür, bəziləri isə uşağın gələcəyi, məsuliyyətin ağırlığı və həyatın dəyişməsi ilə bağlı narahatlıqlar yaşayır. Bu cür düşüncələr və təşvişlər əslində bir çox valideynin və ya valideyn olmağa hazırlaşan insanın yaşadığı təbii bir təcrübədir və çox zaman insanın öz həyat hekayəsi, keçmiş münasibətləri və uşaqlıq təcrübələri ilə də bağlı olur. Unutmayaq ki, valideynlik təkcə uşaq böyütmək deyil — bu, yol boyu öz uşaqlığımızla təkrar-təkrar qarşılaşmaqdır. Dinləyərkən özünüzü zaman-zaman həm bir valideyn, həm də keçmişə qayıdan bir övlad kimi dəyərləndirə bilərsiniz. Bu seriyanın davam edən bölümləri sizi öz ehtiyaclarınızla övladınızın ehtiyaclarını ayırd etməyə, ailə daxilində rolların və sərhədlərin necə formalaşdığını düşünməyə, həmçinin ailə daxilində alt sistemlərin necə işlədiyini və münasibətlərin hansı təməllər üzərində qurulduğunu birlikdə araşdırmağa dəvət edir. 🌿

    25 min

Ratings & Reviews

5
out of 5
4 Ratings

About

Qırılmamaq deyil, onları zamanla və səbirlə sağlam şəkildə birləşdirə bilməkdir bizi mükəmməl edən. Günlük həyatınızda ən az bir dəfə də olsun bəhsi keçən ”psixoloji mövzular”ı istədiyiniz zaman və istədiyiniz yerdə dinləyə biləcəksiniz. O qırıqları birləşdirmək isə hər zaman öz əlinizdə olacaq.