PLANET FM

PLANET FM

Elm və Kosmosu daha yaxın etdik!

  1. Hindistanda Küçə Yeməkləri - Brilyant Mərkəzi Racqot - Türkiyədə Təhsil

    2 days ago

    Hindistanda Küçə Yeməkləri - Brilyant Mərkəzi Racqot - Türkiyədə Təhsil

    "Tam Vaxtı" verilişinin "Planeti Visa ilə kəşf edək" rubrikasının bu buraxılışında Hindistanın və Türkiyənin fərqli mədəniyyətlərinə, sənaye mərkəzlərinə və real həyat şərtlərinə səyahət edirik! 🌍✈️ Studiyamızın qonağı PR və marketing üzrə konsultant (məsləhətçi) Umnisə Musabəyova Hindistanda keçirdiyi iş illərindən, Dehli, Mumbay və dünyanın brilyant emalı mərkəzi sayılan Racqot şəhərindən maraqlı faktlar paylaşdı. Eyni zamanda Türkiyədəki magistr təhsili, İstanbulun yorucu ritmi və seysmik, lakin sakit Dənizli şəhəri haqqında unikal xatirələrini bölüşdü.  Dünyada çıxarılan almazlar niyə məhz Hindistanın Qucarat əyalətinə (Racqot) gətirilir?  Mumbay dənizinin 90-cı illərin Bakı dənizi ilə oxşarlığı və Hindistandakı dəhşətli çirklilik.  Hindistanın küçə yeməkləri və ədviyyat mədəniyyəti: Niyə orada hər şey bu qədər acıdır?  Mahatma Qandinin ruhuna hörmət olaraq spirtli içki və siqaretin qadağan olunduğu xüsusi şəhər. İstanbul niyə yaşanılası şəhər deyil və Dənizli şəhərinin qəribə "donuz" tariçəsi. "İstanbul aeroportunda özümü yerdən yerə çırpıb pulsuz bilet aldım!" – Səyahət edən xanımlar üçün qızıl məsləhətlər. Hindistan biznes mühiti, kasta sistemi, "Chai Tee" içkisinin enerjisi və xarici ölkələrə səyahət edərkən sığortanın həyati önəmi haqqında həm əyləncəli, həm də elmi-praktiki podkast!

    36 min

Ratings & Reviews

4.8
out of 5
5 Ratings

About

Elm və Kosmosu daha yaxın etdik!