Tech-week

Kamran Hasilovich

[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.

  1. Techweek #E5S3: Müasir texnologiyalar vərdişlərimizi dəyişməkdə və yenilərini yaratmaqda nə vədlər verir?

    4 JAN

    Techweek #E5S3: Müasir texnologiyalar vərdişlərimizi dəyişməkdə və yenilərini yaratmaqda nə vədlər verir?

    Bu gün günlərdən Tech-week günüdür, və sizləri 5-ci epizodumuzun girişindən salamlayırıq! Artıq 2026-cı il gəldi, əksəriyyətimiz yeni il üçün hədəflərimizi qoyduq. Bəzilərimiz daha sağlam həyat tərzi, bəzilərimiz isə proqramlaşdırma və yaxud dil öyrənmək. Digərlərimiz tütün istehlakı kimi zərərli vərdişlərdən qurtulmağa çalışır, kimisi isə zərərli sosial şəbəkə istifadəsini azaltmağı planlaşdırır. Bu gün haqqında bəhsini açdığımız mövzu da elə vərdişlərlə bağlı oldu - necə sağlam vərdişlər qazanmaq olar, pis vərdişlərimizdən qurtulmağın, həyatımıza olan təsirini azaltmağın yolları nələrdir, texnologiyanın gəldiyi bu ən son mərhələdə hansı gerçək həll yolları vəd edir, gələcəkdə bəs hansı məhsulları, alətləri, applikasiyaları görə bilərik? Bütün bunlar maraqlı səslənirsə, bu sezonun ən son bölümünə keçid edərək dinləyə bilərsiniz. Bəs siz öz vərdişlərinizi idarə etmək üçün, hansı üsullardan istifadə edirsiniz? Hansı applikasiyalar ən çox köməyinizə gəlib, bəs Barış Özcanın *zənciri qırma* texnikasını necə, yoxlamısınız? Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=gNN4sOYxq04&t=19s

    11 min
  2. 21/12/2025

    Techweek #E4S3: Post-internet dövründə investisiya və maliyyə - Fırıldaqçılıq imperiyasından maariflənməyə doğru

    Yeni bir həftə və yeni bir bölümümüz yenidən yayımdadır! Xoş gəldiniz əziz dinləyicilər, bu gün bu epizodumuzda post-internet dövründə maliyyənin və investisiyaların necə dəyişdiyindən, bu texnologiyanın hansı boşluqları yaratdığından və 'platformalaşdırma' periodunda, hərşeyin platformalara keçdiyi dövrümüzdə necə daha diqqətli yatırım etmək lazımdır, hansı qırmızı bayraqlara diqqət edilməlidir və s. haqqında bəhs etmişik. Bənzər mövzulara əvvəlki bölümlərimizdə müxtəlif aspektlərdən toxunsaq da, mövzunun ciddiliyi, bu "scam"lərə inanan və itkilərlə üzləşənlərin miqyası, və bu haqda maarifləndirmə istəyi bizə motivasiya oldu. Bu epizodumuz əvvəlki epizodlardan bir qədər fərqli olaraq OCCRP adlanan araşdırmaçı jurnalistlərin konsortiumu tərəfindən edilən maraqlı araşdırmaya (məqaləyə) əsaslandı. Onların aşkara çıxardıqları bu detallar, hər birimiz üçün, xüsusən də onlayn yatırım edənlər, bu sahə ilə maraqlanan yeni başlayan investorlar və gələcəyi düşünən insanlar üçün faydalı olacaq deyə ümid edirik. Məqalənin linkini aşağıda tapa bilərsiniz. Bəs siz hansı platformalara öz pulunuzu etibar edirsiniz, sizin müşahidə etdiyiniz hansı risklər var? Texnologiya daha hansı faydaları və təhlükələri özü ilə bərabər maliyyə dünyasına gətirir? Bunları da bizimlə bölüşə bilərsiniz. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=l7rHRPD0PG8&t=607s Məqalə linki: https://www.occrp.org/en/project/scam-empire/call-center-brands-design-test?utm_content=bufferc1726&utm_medium=social&utm_source=linkedin&utm_campaign=Buffer

    21 min
  3. Techweek #E3S3: Mikrorobotlar və onların tətbiq sahələri - İnsanların uzunömürlülük arzusu sonunda çin olacaq mı?

    07/12/2025

    Techweek #E3S3: Mikrorobotlar və onların tətbiq sahələri - İnsanların uzunömürlülük arzusu sonunda çin olacaq mı?

    Axşamınız və hər vaxtınız xeyir əziz dinləyicilər, bu günün Tech-week buraxılışı yenidən sizlərlə birlikdədir! Ümidvarıq ki, sezon 3 axarında gedir və yeni mövzularımızı dinləməkdən, araşdırmalarımızdan zövq alırsınız. Bu gün həqiqətən də çox balaca mövzudan uzun-uzun danışmışıq: Bəli, mövzu mikrorobotlar idi! Bu mikroskopik robotlar gələcəyin tibb sahəsini yenidən şəkilləndirəcək mi? İstər ürək-damar xəstəliklərinin müalicəsində və analizində, o cümlədən xərçəng xəstəliyi kimi ağır, bəzən müalicəsi olmayan ciddi xəstəliklərin daha erkən diaqnozunda olsun, istərsə də tikinti sektorunda və ya zavod-fabriklərin makinələrində dayanıqlılıq testi kimi istifadəsində olsun, hər sahədə potensial göstərən bu "balacalar" həqiqətən də dilimizdəki *bap-balaca boyu var, dam dolusu toyu var!* atalar sözü ilə tam uzlaşır. Onları araşdıran Stanford və Harvard kimi öncü universitetlər, öz ağırlığının yüzlərlə qatını daşıyan bu robotların gələcəyinin parlaq olduğunu söyləyirlər. Yetərincə praktiki araşdırma və investisiya olarsa, çox önəmli problemlərimizə və yetərsizliklərimizə ümid yeri ola biləcəyini proqnozlaşdırırlar. Maraqlı gəldisə, daha çoxunu dinləmək üçün 3-cü bölümümüzə keçid edin. Xoş dinləmələr! Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=cvWgFGJyZZA (Telegram contact spoofing - "Salam, mən sənin şəklini bu saytda gördüm.")

    31 min
  4. 23/11/2025

    Techweek #E2S3: Telegram kontakt spufinq (contact spoofing) - "Salam, mən sənin şəklini bu saytda gördüm."

    Yeni sezonumuzun 2-ci epizoduna xoş gəldiniz, Tech-week dinləyiciləri! Bu gün sizlərlə birlikdə gerçək hekayəyə əsaslanmış bir mövzuda, yaxınlarımızdan birinin yaşadığı bir hadisə ilə bağlı maarifləndirici buraxılış yayımlamaq qərarına gəldik və sizinlə 'contact spoofing' adlanan, bəlkə də "kontakt virtual kamuflyajı" kimi tərcümə edə biləcəyimiz bir texnikadan danışdıq. Azərbaycan dilində birbaşa doğru tərcüməsini və termin qarşılığını tapa bilmədiyimiz bu texnikadan adətən zərərli yazılımları yazan və insanları tora salaraq onların məlumatlarını onlayn şəkildə ələ keçirmək istəyən "threat actors" - mənfi niyyətli təhlükə aktyorları istifadə edirlər. Bizlər də sizə bu texnikaların aktiv döndüyü kommunikasiya applikasiyalarının - Telegram, WhatsApp, Messenger və s. boşluqları haqqında danışdıq, bu metodları necə görə biləcəyimiz, adətən bu linklərin nəyə bənzədiyini, hansı metodlarla bizlərə gəlib çatdığını və nə üçün heç birimizin bunlardan tam şəkildə risksiz, azad olmadığımızı müzakirə etdik. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=mHPkPfjIswI&t=483s (AI bubble (Süni İntellekt şarı) - partlayacaq mı?)

    26 min

About

[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.