PODCAST "Ə"

Saha A Nour

Xoş gəlmisiniz “Ə” podcastına! Burada hər mövzuda danışırıq – həyat hekayələrindən, elm və texnologiyadan, mədəniyyət və sənətə, şəxsi inkişafdan, gündəlik həyat təcrübələrinə qədər. “Ə” səsi kimi hər sözümüz incə, mənalı və dərin düşüncələr doğurur. Gəlin birlikdə öyrənək, düşünək və ilham alaq. Hər bölümdə yeni bir perspektiv, yeni bir hekayə sizi gözləyir.

  1. APARICI - AKTRİSA KƏMALƏ ONUR İLƏ | PODCAST "Ə"

    11/28/2025

    APARICI - AKTRİSA KƏMALƏ ONUR İLƏ | PODCAST "Ə"

    Bu dəfə Podcast "Ə" -də həmsöhbətim uzun illər əvvəl Araz FM-də bərabər çalışdığım, həm radioda, həm televiziyada tanınan aparıcı və aktrisa Kəmalə Onur oldu.Kəmalə illərdir müxtəlif reklamlarda, Taleh Yüzbəyovun və digər rejissorların filmlərində çəkilərək ekransevərlərin yaddaşında qalan simalardan biridir. O, həmçinin bir müddət Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində baş mütəxəssis kimi fəaliyyət göstərib. Azərbaycan dilində düzgün danışmaq onun üçün həmişə önəmli mövzudur — bu həvəsi onu “Elə yox, belə” adlı Instagram kanalını yaratmağa gətirib. Burada Kəmalə cəmiyyətdə yanlış istifadə olunan söz və ifadələri yumorla təqdim edir.Uzun fasilədən sonra yenidən görüşdük — amma bu dəfə virtual - mikrofonların və kameraların qarşısında. Həyatının dönüm nöqtələrindən, karyerasındakı dəyişikliklərdən, sənətin ona öyrətdiyi dərslərdən və insan olaraq yaşadığı dönüşlərdən səmimi şəkildə danışdı.Bu epizodda:🎙️ Kəmalənin media və səhnə arxası həyatı.🎙️ Kariyera yolundakı inadkarlıq.🎙️ Tək ana olmağın məsuliyyəti.🎙️ Həyatın çətinlikləri və şəxsi inkişaf.🎙️ Gülüş və real hekayələrDəstəkləmək üçün abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın.Podcast 'Ə" — səmimi söhbətlər, real həyat hekayələri.

    41 min

About