Life FM

LifeStreamFM

LifeStream FM — PAŞA Hayat'ın rəsmi podcast kanalıdır.                                          Burada sığorta məhsulleri, liderlik, transformasiya, insan hekayələri ve şəxsi inkişaf mövzularında ilhamverici söhbətlər yer alır.                                          Məqsədimiz — həyatın müxtəlif sahələrində fərq yaradan insanların təcrübəsini, çalışanların düşcələrini ve hekayələrini dinləyicilərə yaxınlaşdırmaqdır.

  1. 4d ago

    “Bu gün musiqinin hörməti yoxdur” | Sənət dostluğu | Dəyişən dəyərlər | Eldar Mansurov | LifeStream FM #14

    LifeStream FM #14, Eldar Mansurov  Podcastın bugünkü qonağı Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və musiqişünas Eldar Mansurovdur. Yaradıcılığında mahnıdan simfonik musiqiyə, muğamdan rok-operaya qədər müxtəlif janrları bir araya gətirib. Eldar Mansurov haqqında əvvəlcə onu demək lazımdır ki, o, sənətə gəlməyib, elə sənətin içində doğulub... O, musiqinin içində böyüyən, amma öz səsini axtarmaq üçün həmin musiqinin sərhədlərindən kənara çıxan sənətkardır. Bu söhbətdə Eldar Mansurov həyat yolunun müxtəlif dayanacaqlarına qayıdır — musiqiyə ilk marağından, gəncliyindən, rok illərindən, bəstəkarlığa gəlişindən, yazdığı mahnılardan və illər keçdikcə yenidən muğama, milli musiqiyə üz tutmasından danışır. Bir sənətkarın illər boyu dəyişən dünyasını, amma dəyişməyən sevgisini — musiqiyə olan sevgisini dinləyirik. Eldar Mansurov qeyd edir ki, bəstəkar olmaq bir çox insanın bəxtinə düşür, amma mahnı yazmaq İlahi tərəfindən ona verilən başqa bir hədiyyədir. Söhbət zamanı o, gənc istedadlara, onların musiqiyə yeni ruh verməsinə, “bayağı müğənni” damğasına, musiqinin janrlarına və çalarlarına xüsusi vurğu edir. Hər kəsin düşündüyünün əksinə, “bayağı müğənni” ifadəsini tamamilə yanlış hesab edir. Bunun niyə belə olduğunu isə sənət yolunda qazandığı təcrübələrlə açıqlayır. Kino və teatr üçün musiqi bəstələyən Mansurov oradakı qaydaları necə dəyişməsindən də söhbət açır. Eyni zamanda, keçmişdə çox gözəl mahnıları yanlış ifaçılara verdiyi üçün təəssüf hissi keçirdiyini də etiraf edir. Atasından və babalarından gələn irsi qoruyaraq onu öz dili ilə danışdıran Mansurov musiqinin bugünkü vəziyyəti və gələcəyi ilə bağlı narahatlığını da bölüşür.

    “Bu gün musiqinin hörməti yoxdur” | Sənət dostluğu | Dəyişən dəyərlər   | Eldar Mansurov | LifeStream FM #14
  2. Aug 7

    Yeni sistemin qurulması və idarə olunması | Korporativ idarəetmə | Fərid Məmmədov | LifeStream FM #13

    Bu dəfəki verilişimizin qonağı PAŞA Financial Holding-in Baş İcraçı Direktoru Fərid Məmmədovdur. O, bu söhbətdə ilk növbədə rəhbər kimi deyil, valideyn, oğul və həyat yoldaşı kimi özünü təqdim edir. Həyatda karyera, hobbilər, şəxsi maraqlar və zövqlər arasında tarazlığın necə qurulduğunu və bunların bir-birinə necə təsir etdiyini səmimi şəkildə bölüşür. Söhbət zamanı Fərid Məmmədov liderlik yolunda qazandığı təcrübələrdən, öyrəndiyi dərslərdən və çıxardığı nəticələrdən danışır. Karyera qurmaq üçün hansı keyfiyyətlərin vacib olduğunu izah edir, yolun başlanğıcında olan gənclərə necə dəstək göstərilməli olduğu barədə fikirlərini bölüşür. O, həmçinin PAŞA Financial Holding-in yaranma məqsədindən, keçdiyi dəyişiklik prosesindən və bu yolun asan olmadığından bəhs edir. İnkişafın davamlı olması üçün yeni kadrların yetişdirilməsinin vacibliyini vurğulayır. Şəxsi təcrübəsinə əsaslanaraq yeni sistemi necə qurmaq, komandanı həmin sistemin ətrafında birləşdirmək və onu uğurla idarə etmək barədə fərqli yanaşmalarını tamaşaçılarla paylaşır. Podcastın sonunda isə süni intellektin (AI) həm şirkətlərin fəaliyyətində, həm də insanların gündəlik həyatında oynadığı roldan danışır və bu texnologiyanın gələcəyə təsiri ilə bağlı fikirlərini bölüşür.

    Yeni sistemin qurulması və idarə olunması | Korporativ idarəetmə | Fərid Məmmədov |  LifeStream FM #13
  3. Apr 3

    ”Leadership DNA” prinsipləri | Düşünməyin strategiyası | Cəlal Qasımov CEO l LifeStream FM#9

    Yeni bölümün qonağı — PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımovdur.  Bu verlişdə onunla birgə sistem, miqyas, komanda, liderlik kimi çox vacib olan mövzularla yaxından tanış olacağıq. Düşünməyin strategiyasından, dövrlərə görə necə dəyişməsindən və inkişafa təsirindən , insanlararası müzakirənin vacibliyindən, fikirlərin inkişafına və yeni forma almasına təsirindən çox maraqla danışan Cəlal Qasımov  uşaqlığı barədə də, müqayisələr və təzadlar barədə söhbət açır.  Leadership DNA anlayışını,  kollektiv ola bilməyin vacibliyini , CEO fərqləri və səlahiyyət paylaşımı mövzularını  ətraflı formada izah edir. Liderlik sadəcə qərar vermək deyil — bu, dəyərlərlə istiqamət göstərmək, insanları ilhamlandırmaq və dəyişən dünyada aydınlıq yaratmaqdır. Bu bölümdə Cəlal Qasımov strateji baxış, liderliyin mahiyyəti və sürətlə transformasiya olunan qlobal mühitdə düzgün qərarvermə yanaşmaları barədə fikirlərini bölüşür. PAŞA Holding-in Liderlik DNT-sinin müəllifi kimi o, təşkilatlarda liderliyin necə formalaşdığını və dəyərlərə əsaslanan yanaşmanın niyə bu qədər vacib olduğunu xüsusi vurğulayır. Mentorluğu liderliyin ayrılmaz hissəsi hesab edən və real təsir yaratmağa fokuslanan bir lider kimi, o, transformasiya dövründə təşkilatların davamlı inkişafı və liderlərin rolu ilə bağlı öz perspektivini təqdim edir. Aparıcı: Coşqun Kərimov — yazıçı, mentor, orator Daha ətraflı məlumat üçün profilimizdəki linkə keçid edə bilərsiniz 🔗  The guest of the new episode is Jalal Gasimov, CEO of PASHA Holding. Leadership is not just about making decisions — it is about setting direction through values, inspiring people, and creating clarity in a constantly changing world. In this episode, Jalal Gasimov shares his perspectives on strategic thinking, the essence of leadership, and decision-making in a rapidly transforming global environment. As the author of PASHA Holding’s Leadership DNA, he highlights how leadership is shaped within organizations and why a values-driven approach is essential. As a leader who places strong emphasis on mentorship and meaningful impact, he offers his view on the role of leaders and sustainable organizational development in times of transformation. Host: Joshgun Karimov — writer, mentor, speaker For more details, follow the link in our bio 🔗 Instagram: @lifestream.fm https://www.instagram.com/reel/DQJ9KpeiIxh/?igsh=MWVuZXRpdmM3OG5lag== TikTok: @lifestream_fm https://www.tiktok.com/@lifestream_fm?_t=ZS-90LkxTvfJou&_r=1 Spotify: @lifestreamfm https://open.spotify.com/show/3KCG5SCBfr9tMH0z9CiDXa?si=ee30a813f1e847b7 #LifeStreamFM #PASHAHəyat #PASHALifeStream #PASHALife #Education #Azerbaijan #Talks #yusifeyvazov

    ”Leadership DNA” prinsipləri | Düşünməyin strategiyası |  Cəlal Qasımov CEO l LifeStream FM#9
  4. Mar 5

    Cəmiyyətin müğənni peşəsinə yanaşması l Ölkələrarası tamaşaçı fərqi l Yusif Eyvazov LifeStreamFM#8

    Lifestream.fm podkastının yeni buraxılışının qonağı Yusif Eyvazovdur — dünya şöhrətli opera tenoru, Azərbaycan Respublikasının Xalq artisti və hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru. O, La Scala, Metropolitan Opera və Vienna State Opera kimi dünyanın ən nüfuzlu opera səhnələrində çıxış etmişdir. Yusif Eyvazov ailədə musiqi sahəsini seçən ilk insan kimi qarşılaşdığı sualları, çaşqınlığı və cəmiyyətdə müğənni peşəsinə birmənalı yanaşma qarşısında göstərdiyi münasibəti, həmçinin bu inancları qırmaq üçün keçdiyi yolu bizimlə bölüşür. Musiqi sevgisinin onu necə fərqli mədəniyyətlərə apardığından, bir işdə usta olmağın vacib nüanslarından, opera teatrlarının özlərinə məxsus tərzindən, sistem və insan faktorundan, tamaşaçı yanaşmasından, canlandırdığı personajlarla qurduğu bağdan, müasir və klassik operanın fərqlərindən danışaraq bizim üçün çox fərqli və maraqlı bir qapı aralayır. Instagram: @lifestream.fm https://www.instagram.com/reel/DQJ9KpeiIxh/?igsh=MWVuZXRpdmM3OG5lag== TikTok: @lifestream_fm https://www.tiktok.com/@lifestream_fm?_t=ZS-90LkxTvfJou&_r=1 Youtube: @LifeStreamFM https://open.spotify.com/show/3KCG5SCBfr9tMH0z9CiDXa?si=ee30a813f1e847b7 #LifeStreamFM #PASHAHəyat #PASHALifeStream #PASHALife #Education #Azerbaijan #Talks #yusifeyvazov

    Cəmiyyətin müğənni peşəsinə yanaşması l Ölkələrarası tamaşaçı fərqi l Yusif Eyvazov LifeStreamFM#8

About

LifeStream FM — PAŞA Hayat'ın rəsmi podcast kanalıdır.                                          Burada sığorta məhsulleri, liderlik, transformasiya, insan hekayələri ve şəxsi inkişaf mövzularında ilhamverici söhbətlər yer alır.                                          Məqsədimiz — həyatın müxtəlif sahələrində fərq yaradan insanların təcrübəsini, çalışanların düşcələrini ve hekayələrini dinləyicilərə yaxınlaşdırmaqdır.