Life FM

LifeStreamFM

LifeStream FM — PAŞA Hayat'ın rəsmi podcast kanalıdır.                                          Burada sığorta məhsulleri, liderlik, transformasiya, insan hekayələri ve şəxsi inkişaf mövzularında ilhamverici söhbətlər yer alır.                                          Məqsədimiz — həyatın müxtəlif sahələrində fərq yaradan insanların təcrübəsini, çalışanların düşcələrini ve hekayələrini dinləyicilərə yaxınlaşdırmaqdır.

  1. 6d ago

    Mən kütlə üçün musiqi yaratmıram | Bu, mənim janrım deyil | Aisel | LifeFM #17

    Bəzən bir mahnı, bir səs və ya bir melodiya sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırır. Musiqi isə insanları birləşdirən, xatirələri yaşadan və hisslərə toxunan ən güclü vasitələrdən biridir.  Növbəti buraxılışımızda qonağımız ifaçı Aisell- dir.  Bu dəfə musiqinin, yaradıcılığın və sənətə gedən yolun izinə düşürük. Aisell ilə onun musiqi dünyasına, yaradıcılıq yoluna, ilham mənbələrinə və səhnə arxasında yaşanan məqamlara daha yaxından nəzər salırıq. Sənətçinin həyatında musiqinin yeri, yaradıcılıq prosesinin gətirdiyi duyğular, səhnənin görünən və görünməyən tərəfləri, eləcə də musiqinin insanlarla qurduğu xüsusi bağ haqqında səmimi söhbət edirik. Hər ifanın arxasında dayanan hisslər, hər melodiyanın özünəməxsus hekayəsi və sənət yolunda toplanan təcrübələr bu söhbətin əsas mövzularındandır. 🎼 Bəzən musiqi sadəcə dinlədiyimiz bir melodiya deyil, özümüzü tapdığımız, xatirələrimizə qayıtdığımız və duyğularımızı yenidən kəşf etdiyimiz bir dünyadır. Bu dünyaya Aisell ilə birlikdə səyahət etməyə hazır olun! Life FM, PAŞA Həyatın təqdimatında. Sometimes, a song, a voice, or a melody can express emotions that words cannot. Music is one of the most powerful ways to bring people together, preserve memories, and touch hearts.  In our next episode, we welcome Aisell, a talented singer and performer.  This time, we explore the world of music, creativity, and the journey behind the art. Together with Aisell, we take a closer look at her musical journey, sources of inspiration, creative process, and the stories behind the stage. We talk about the role of music in her life, the emotions that shape her creative process, the realities behind performing on stage, and the special connection between artists and their audiences. From the feelings behind every performance to the stories carried by each melody, this conversation offers a glimpse into the experiences that shape an artist’s path. 🎼 Sometimes, music is more than just a melody we listen to. It is a world where we find ourselves, revisit our memories, and rediscover our emotions. Join us as we explore this world together with Aisell! Life FM, Powered by PASHA Life. Instagram: @lifestream.fm TikTok: @lifestream_fm Spotify: @lifestreamfm #Aisel #LifeFM #Eurovision #Azerbaijan #Podcast #AzərbaycanMusiqisi #LifeFM

    Mən kütlə üçün musiqi yaratmıram | Bu, mənim janrım deyil | Aisel | LifeFM #17
  2. Sep 29

    Bu Dəfə Qonaq Yoxdur I Life FM Komandası I Podcast Day I Life FM #16

    Life FM — Podcast Gününə xüsusi buraxılış Sadiq Yusifi- Aparıcı, Hangame intellektual layihəsinin həmtəsisçisi  Orxan Cabbarov-Rejissor Nigar Mirzəyeva - Korporativ kommunikasiya şöbəsinin müdiri Brilyant Xəlilova - Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi Aytac Hacıəliyeva - Korporativ kommunikasiya şöbəsinin kiçik mütəxəssisi  30 sentyabr — Podcast Günüdür! Bu dəfə Life FM-də mikrofonun qarşısında ənənəvi qonağımız yoxdur. Çünki bu buraxılışda söhbətin mövzusu elə Life FM-in özüdür. Bir podcast necə yaranır? Qonaqlar necə seçilir? Kameranın arxasında nələr baş verir? Bir buraxılışın ərsəyə gəlməsi üçün neçə insanın əməyi var? Bu dəfə Life FM-in təşkilatçısı, aparıcısı və production rəhbəri mikrofonun o biri tərəfinə keçərək podcastın görünməyən tərəflərindən, çəkiliş prosesindən, maraqlı backstage anlarından və bu layihənin necə ərsəyə gəlməsindən danışırlar. 🎙️ Mikrofonun qarşısından yox, arxasından baxış. Life FM, PAŞA Həyatın təqdimatında. 🇬🇧🎙️ September 30 is Podcast Day! This time, Life FM has no traditional guest. Because in this special episode, the story is Life FM itself. How is a podcast created? How are guests selected? What happens behind the cameras? And how many people are involved in bringing one episode to life? For this special episode, the organizer, host, and production lead of Life FM step in front of the microphone to share the unseen side of the podcast, the production process, memorable backstage moments, and the story behind the project. 🎙️ A look at Life FM not from behind the microphone, but from behind the scenes. Life FM, Powered by PASHA Life.

    Bu Dəfə Qonaq Yoxdur I Life FM Komandası I Podcast Day I Life FM #16
  3. Sep 4

    “Bu gün musiqinin hörməti yoxdur” | Sənət dostluğu | Dəyişən dəyərlər | Eldar Mansurov | LifeStream FM #14

    LifeStream FM #14, Eldar Mansurov  Podcastın bugünkü qonağı Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və musiqişünas Eldar Mansurovdur. Yaradıcılığında mahnıdan simfonik musiqiyə, muğamdan rok-operaya qədər müxtəlif janrları bir araya gətirib. Eldar Mansurov haqqında əvvəlcə onu demək lazımdır ki, o, sənətə gəlməyib, elə sənətin içində doğulub... O, musiqinin içində böyüyən, amma öz səsini axtarmaq üçün həmin musiqinin sərhədlərindən kənara çıxan sənətkardır. Bu söhbətdə Eldar Mansurov həyat yolunun müxtəlif dayanacaqlarına qayıdır — musiqiyə ilk marağından, gəncliyindən, rok illərindən, bəstəkarlığa gəlişindən, yazdığı mahnılardan və illər keçdikcə yenidən muğama, milli musiqiyə üz tutmasından danışır. Bir sənətkarın illər boyu dəyişən dünyasını, amma dəyişməyən sevgisini — musiqiyə olan sevgisini dinləyirik. Eldar Mansurov qeyd edir ki, bəstəkar olmaq bir çox insanın bəxtinə düşür, amma mahnı yazmaq İlahi tərəfindən ona verilən başqa bir hədiyyədir. Söhbət zamanı o, gənc istedadlara, onların musiqiyə yeni ruh verməsinə, “bayağı müğənni” damğasına, musiqinin janrlarına və çalarlarına xüsusi vurğu edir. Hər kəsin düşündüyünün əksinə, “bayağı müğənni” ifadəsini tamamilə yanlış hesab edir. Bunun niyə belə olduğunu isə sənət yolunda qazandığı təcrübələrlə açıqlayır. Kino və teatr üçün musiqi bəstələyən Mansurov oradakı qaydaları necə dəyişməsindən də söhbət açır. Eyni zamanda, keçmişdə çox gözəl mahnıları yanlış ifaçılara verdiyi üçün təəssüf hissi keçirdiyini də etiraf edir. Atasından və babalarından gələn irsi qoruyaraq onu öz dili ilə danışdıran Mansurov musiqinin bugünkü vəziyyəti və gələcəyi ilə bağlı narahatlığını da bölüşür.

    “Bu gün musiqinin hörməti yoxdur” | Sənət dostluğu | Dəyişən dəyərlər   | Eldar Mansurov | LifeStream FM #14
  4. Aug 7

    Yeni sistemin qurulması və idarə olunması | Korporativ idarəetmə | Fərid Məmmədov | LifeStream FM #13

    Bu dəfəki verilişimizin qonağı PAŞA Financial Holding-in Baş İcraçı Direktoru Fərid Məmmədovdur. O, bu söhbətdə ilk növbədə rəhbər kimi deyil, valideyn, oğul və həyat yoldaşı kimi özünü təqdim edir. Həyatda karyera, hobbilər, şəxsi maraqlar və zövqlər arasında tarazlığın necə qurulduğunu və bunların bir-birinə necə təsir etdiyini səmimi şəkildə bölüşür. Söhbət zamanı Fərid Məmmədov liderlik yolunda qazandığı təcrübələrdən, öyrəndiyi dərslərdən və çıxardığı nəticələrdən danışır. Karyera qurmaq üçün hansı keyfiyyətlərin vacib olduğunu izah edir, yolun başlanğıcında olan gənclərə necə dəstək göstərilməli olduğu barədə fikirlərini bölüşür. O, həmçinin PAŞA Financial Holding-in yaranma məqsədindən, keçdiyi dəyişiklik prosesindən və bu yolun asan olmadığından bəhs edir. İnkişafın davamlı olması üçün yeni kadrların yetişdirilməsinin vacibliyini vurğulayır. Şəxsi təcrübəsinə əsaslanaraq yeni sistemi necə qurmaq, komandanı həmin sistemin ətrafında birləşdirmək və onu uğurla idarə etmək barədə fərqli yanaşmalarını tamaşaçılarla paylaşır. Podcastın sonunda isə süni intellektin (AI) həm şirkətlərin fəaliyyətində, həm də insanların gündəlik həyatında oynadığı roldan danışır və bu texnologiyanın gələcəyə təsiri ilə bağlı fikirlərini bölüşür.

    Yeni sistemin qurulması və idarə olunması | Korporativ idarəetmə | Fərid Məmmədov |  LifeStream FM #13

About

LifeStream FM — PAŞA Hayat'ın rəsmi podcast kanalıdır.                                          Burada sığorta məhsulleri, liderlik, transformasiya, insan hekayələri ve şəxsi inkişaf mövzularında ilhamverici söhbətlər yer alır.                                          Məqsədimiz — həyatın müxtəlif sahələrində fərq yaradan insanların təcrübəsini, çalışanların düşcələrini ve hekayələrini dinləyicilərə yaxınlaşdırmaqdır.