Cənab Ortaq

Afgan & Emil

İnvestisiya dünyası mürəkkəb görünə bilər, lakin uğura gedən yol artıq məşhur ustadlar tərəfindən cızılıb. "Cənab Ortaq" podkastında biz maliyyə aləminin sirrini açır, Uorren Baffetdən Piter Linçə qədər dünya şöhrətli investisiya qurularının strategiyalarını sadə dildə sizə təqdim edirik. Hər buraxılışda biz: Ustadların Dərsləri: Əfsanəvi investorların prinsip və yanaşmalarını təhlil edirik.Sənaye Analizi: İnvestisiya baxımından cəlbedici görünən sektorları və şirkətləri araşdırırıq.Peşəkar Baxış: İki investisiya mütəxəssisinin səmimi söhbəti ilə mürəkkəb rəqəmləri aydın fikirlərə çeviririk.İstər yeni başlayan, istərsə də təcrübəli investor olun, bu podkast sizin maliyyə dünyasındakı etibarlı "ortaq"ınız olacaq.

Episodes

  1. Soğan olsun, Nağd olsun ya Ömürlük Qohumluq: Şirkətləri Necə Alaq?!

    3d ago

    Soğan olsun, Nağd olsun ya Ömürlük Qohumluq: Şirkətləri Necə Alaq?!

    "Cənab Ortaq" podkastının dördüncü buraxılışında Əfqan və Emil investisiya dünyasının ən çox verilən, lakin bəlkə də verilməsi tələsik olan sualına işıq salırlar: "Səhmləri necə və hardan alaq?" Emil hər kəsi bir anlıq ayaq saxlamağa və tələsməməyə çağırır; çünki səhm almamışdan əvvəl iqtisadiyyatı, bazarı və ən əsası şirkətləri təhlil etmək lazımdır. Bəs bu dərin və bəzən mürəkkəb görünən təhlil yoluna hardan başlamalı, hara baxmalı və nəyi oxumalıyıq? Hostlarımız söhbəti ən etibarlı mənbədən – şirkətlərin öz rəsmi maliyyə hesabatlarından, yəni SEC-in pulsuz EDGAR portalında və "Investor Relations" səhifələrində tapılan 10-K və 10-Q formalarından açırlar. Gəlir və xərc hesabatlarının menecmentin müxtəlif mülahizələrindən asılı olaraq manipulyasiya edilə biləcəyini, lakin pul axınını gizlətməyin demək olar ki, qeyri-mümkün olduğunu vurğulayan Emil, ən vacib metrik kimi nağd vəsaitləri önə çıxarır. Bu məqamda Əfqanın dilindən qopan məşhur atalar sözü epizodun ana xəttinə çevrilir: "Soğan olsun, nağd olsun!" Emil son dövrlərdə süni intellekt bumu ətrafında OpenAI, NVIDIA və Oracle kimi nəhənglərin kağız üzərindəki satış oyunlarından və milyardlarla dollarlıq süni manipulyasiyalardan danışır. Əfqan bu prosesdə bəzi investorların necə "soğan yeməyə" məcbur qaldığını xatırladır. Bəs bir şirkətin yaxşı və ya pis performans göstərdiyini necə anlayırıq? Aleksandr Dümanın "Həqiqət müqayisə edildikdə bilinir" ifadəsinə söykənən dostlarımız, Microsoft və Intuit şirkətlərinin P/E əmsallarını müqayisə edərək "Cənab Bazarın" illər içində dəyişən bədbin və nikbin emosiyalarını təhlil edirlər. Onlar Finviz, Yahoo Finance və Google Finance kimi “screener” saytlarının bu müqayisələrdə bizə necə süzgəc rolunu oynadığını və böyük kütlədən potensial şirkətləri necə seçdiyini əyani şəkildə izah edirlər. Epizodun ən maraqlı və emosional məqamlarından biri isə analitiklərin proqnozları və "şayələrə inanıb al, faktlara söykənib sat" sindromu ilə bağlıdır. Bir şirkət mükəmməl hesabat açıqlasa belə, səhmlərinin niyə "quppultuyla" yerə düşdüyünün sirri məhz “gözlənti”lərdə gizlənib. Uzunmüddətli investisiya üfüqünə sahib olmaq istəyənlər üçün isə Warren Buffett-in "elə biznesə yatırım edin ki, onu bir axmaq belə idarə edə bilsin" tövsiyəsi, həmçinin CEO-ların səhmdarlara yazdığı illik məktublar və canlı "earnings call" konfrans zəngləri ən etibarlı bələdçi kimi təqdim olunur. Əfqanın şirkət seçməyi bir qohumluq münasibətinə bənzətməsi, onun ailə mühitinə, tarixinə və menecmentin daxili mədəniyyətinə verdiyi önəm söhbətə fərqli bir fəlsəfi dərinlik qatır. Bazarın 20% analiz, 80% isə insan psixologiyasından ibarət olduğunu xatırladan bu maraqlı, lətifəli və səmimi söhbətə qoşulmaq, növbəti investisiya qərarlarınızda daha müdrik addımlar atmaq üçün elə indi "Play" düyməsini sıxın! Epizodda qeyd edilmiş məxəzlər: Yahoo Finance Google Finance FinViz Financial Visualizations SEC's Electronic Data Gathering, Analysis, and Retrieval (EDGAR) system Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.

    20 min
  2. Məhşur olmayan müdrik - Hovard Marks

    May 15

    Məhşur olmayan müdrik - Hovard Marks

    Bu epizodda biz elə də məşhur olmayan investor Hovard Marksın investisiya fəlsəfəsində ən vacib dərslərini sadə dildə izah edirik. Əfqan və Emil öz araşdırmalarını və öyrəndikləri maraqlı məlumatları hər kəs üçün səmimi və anlaşılan dildə bölüşürlər. Bu buraxılışda dünyanın ən uğurlu investorlarından sayılan Hovard Marksın 40 illik təcrübəsinə nəzər salırıq. Biz burada riskin nə olduğunu, bazarların necə hərəkət etdiyini və emosiyalara necə qalib gəlməyi müzakirə edirik. Bu epizoddan öyrənəcəyiniz əsas dərslər: · Əsl risk nədir? Qiymətlərin hər gün aşağı-yuxarı oynaması qorxulu deyil. Əsl risk — pulu birdəfəlik itirməkdir. · Bazarın kəfkir hərəkəti: Qiymətlər heç vaxt eyni yerdə qalmır. Hərislik və qorxu arasında yellənən bazarda hamı eyni tərəfə qaçanda siz nə etməlisiniz? · Kütlənin əksinə getmək (Kontrarianizm): Ən yaxşı fürsətlər hamının qorxub qaçdığı, "dünyanın sonudur" dediyi böhran anlarında gizlənir. Uğurun sirri yaxşı şirkəti sadəcə baha yox, su qiymətinə, yəni çox ucuz almaqdır. · İnvestorun ən böyük düşməni: Bazar yox, insanın öz emosiyalarıdır. Mağazada endirim sahəsində sevindiyimiz halda, səhmlərin qiyməti düşəndə niyə qorxuruq? "Fürsəti qaçırmaq qorxusu"na (FOMO) necə qalib gəlməli? · Şans, yoxsa bacarıq? Bir-iki dəfə bəxtiniz gətirə bilər, amma uzunmüddətli uğur üçün səbirli bir idmançı kimi düzgün anı gözləməyi bacarmalısınız. Marksın bir misalını heç vaxt unutmayın. Orta dərinliyi 1.5 metr olan çayı keçərkən boğulan hündürboylu adamın hekayəsi bizə göstərir ki, orta rəqəmlərə kor-koranə inanmaq təhlükəli ola bilər. Epizodda qeyd edilmiş məxəzlər: The Most Important Thing: Uncommon Sense for the Thoughtful Investor Memos From Howard Marks Howard Marks - Co-founder of Oaktree | Podcast | In Good Company | Norges Bank Investment Management Nassim Nicholas Taleb Fooled by Randomness: The Hidden Role of Chance in Life and in the Markets The Black Swan: The Impact of the Highly Improbable Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.

    21 min
  3. Beynimizin bizə oynadığı 7 oyun

    Apr 25

    Beynimizin bizə oynadığı 7 oyun

    Hamımız istəyirik ki, pulumuzu düzgün yatıraq, investisiya edək və gələcəyimizi sığortalayaq. Bəs niyə bəzən ən ağıllı görünən qərarları verib sonda əlimizdə qalanla baş-başa qalırıq? Səbəb sadədir: bizim beyinlərimiz investisiya üçün deyil, meşədə sağ qalmaq üçün qurulub. Bu epizodda Əfqan və Emil investisiya dünyasının əfsanəsi Çarli Mangerin (Warren Buffett-in sağ əli) məşhur "İnsan Yanlışlıqlarının Psixologiyası" siyahısını araşdırırlar. Amma darıxdırıcı kitab dili ilə yox, tamamilə sadə və səmimi dildə! Bu epizodda nələri öyrənəcəksiniz? Mükafat və Cəza: Niyə bəzi işçilər şirkətin xeyrini düşünmür? (Və ya "Agent problemi" nədir?)İnatçılıq tələsi: "Kişinin sözü bir olar" deyib səhv investisiyada niyə ilişib qalırıq?Sosial sübut: Hamı alır deyə bitkoinə qaçmaq – bu ağıllı addımdır, yoxsa kütləvi psixoz?Ağrıdan qaçma: Niyə zərər etdiyimiz səhmləri satmaq bizə çox çətin gəlir?Kontrast effekt: Mağazadakı "endirim" oyunları investisiyada bizi necə aldadır?İtki qorxusu: Niyə 10 dollar qazanmağın verdiyi sevinc, 10 dollar itirməyin ağrısından qat-qat azdır?Lollapaluza: Bütün bu yanlışlar bir araya gələndə nə baş verir?Biz bu dəfə həm də məşhur Theranos şirkətinin ("Elizabet Holms" hekayəsi) necə böyük bir yalan üzərində qurulduğunu və investorların buna necə aldanmağını danışırıq. Dinləyin və investisiya sirrlərini öyrənin! Bu epizod sizə pulunuzu qorumağın, kütləyə qoşulmamağın və daha ayıq qərarlar verməyin yollarını göstərəcək. Investisiya etməzdən əvvəl bu "yoxlama siyahısını" mütləq yadda saxlayın. Annie Duke Quit: The Power of Knowing When to Walk Away Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.

    21 min
  4. Omaha Orakulu

    Apr 8

    Omaha Orakulu

    Cənab Ortaq: Warren Buffett-in sadə, amma dahi investisiya sirrləri Salam, Əziz Dinləyici! "Cənab Ortaq"a xoş gəldiniz! Heç özünüzə sual vermisinizmi: "Dünyanın ən uğurlu investorları necə olur ki, onilliklər boyu həm qazanır, həm də rahat yatırlar?" İşin sirri mürəkkəb proqramlarda, bahalı alqoritmlərdə və ya gizli düsturlarda deyil. Bütün sirr sadə düşüncə tərzindədir. Podkastımızın ilk buraxılışında investisiya dünyasının yaşayan əfsanəsi – Warren Buffett-dən və onun dünyanı necə dəyişən fəlsəfəsindən danışırıq. Biz bu epizodda heç bir darıxdırıcı maliyyə terminləri və ya çətin iqtisadi jargondan istifadə etmədən, dost-dosta söhbət edirik. Bu epizodda nələr öyrənəcəksiniz? Warren Buffett kimdir? Onun 11 yaşında başlayan və milyardlarla bitən maraqlı investisiya hekayəsi."Cənab Bazar" kimdir? Bazarı niyə bir insan kimi təsəvvür etməlisiniz və onun əhval-ruhiyyəsinə nə üçün aldanmamalısınız?"Xəndək" (Moat) nədir? Şirkətlərin rəqabətə qarşı qurduğu görünməz divarlar və sizin buna necə baxmağınız lazımdır.Uzunmüddətli düşüncə: Niyə Buffett "tez pul qazanmaq" deyil, "yavaş-yavaş böyümək" fəlsəfəsini seçib?İntizam: İnvestisiyada ən böyük düşməniniz kimdir? (İpucu: Bu, bazarın özü deyil, sizin emosiyalarınızdır!) Əgər siz də investisiyaya "lotereya bileti" deyil, "gələcəyə qurulan bir körpü" kimi baxmaq istəyirsinizsə, bu söhbət tam sizin üçündür. Biz sadə dildə, real həyatdan nümunələrlə Buffett-in ən vacib dərslərini təhlil edirik. Dinləyin və investisiya sirrlərini kəşf edin! Qeyd: Bu podkast yalnız məlumatlandırma və əyləncə məqsədi ilə hazırlanmışdır. Səsləndirilən fikirlər heç bir halda birbaşa investisiya məsləhəti deyildir. Hostlar: Əfqan və Emil Müddət: ~28 dəqiqə Epizodda qeyd edilmiş məxəzlər: Alice Schroeder The Snowball: Warren Buffett and the Business of Life Benjamin Graham The Intelligent Investor Michael E. Porter The Five Competitive Forces That Shape Strategy Morgan Housel The Psychology of Human Misjudgement - Charlie Munger Full Speech Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.

    28 min

About

İnvestisiya dünyası mürəkkəb görünə bilər, lakin uğura gedən yol artıq məşhur ustadlar tərəfindən cızılıb. "Cənab Ortaq" podkastında biz maliyyə aləminin sirrini açır, Uorren Baffetdən Piter Linçə qədər dünya şöhrətli investisiya qurularının strategiyalarını sadə dildə sizə təqdim edirik. Hər buraxılışda biz: Ustadların Dərsləri: Əfsanəvi investorların prinsip və yanaşmalarını təhlil edirik.Sənaye Analizi: İnvestisiya baxımından cəlbedici görünən sektorları və şirkətləri araşdırırıq.Peşəkar Baxış: İki investisiya mütəxəssisinin səmimi söhbəti ilə mürəkkəb rəqəmləri aydın fikirlərə çeviririk.İstər yeni başlayan, istərsə də təcrübəli investor olun, bu podkast sizin maliyyə dünyasındakı etibarlı "ortaq"ınız olacaq.