
Asya Podcast
Asya Podcast - özünü, seçimlərini və həyatını daha dərindən anlamaq rifahını yüksəltmək istəyənlər üçün yaradılmış bir məkandır. Burada pul, münasibətlər, özünüdəyər, kimlik, daxili proqramlar, emosional reaksiyalar, bolluq və həyat standartları haqqında açıq danışırıq. Bəzən illərlə dəyişməyə çalışdığımız həyatın arxasında sadəcə dəyişməyən bir düşüncə, köhnə bir strategiya və ya artıq bizə xidmət etməyən bir kimlik dayanır. Bu podkastda məqsəd sənə necə yaşamalı olduğunu demək deyil. Məqsəd özünü daha yaxşı eşitməyin, suallar verməyin və həyatını daha şüurlu şəkildə seçməyin üçün yeni baxış bucaqları açmaqdır. 🎙️ Yeni epizodlarda real təcrübələr, şəxsi müşahidələr, düşündürən suallar və fərqli perspektivlər olacaq. “Daxilində nədirsə, çöl dünyanda da odur” - bu podkast cəsurlar üçündür.
About
Information
- CreatorAsya Rustamli
- Episodes11
- Seasons1
- RatingClean
- Copyright© Copyright - Asya Rustamli 2026
- Show Website