9 episodes

Azərbaycanca hüquq podkastı

LawBlog.az Briefly: the Law

    • Business
    • 5.0 • 2 Ratings

Azərbaycanca hüquq podkastı

    Ep. 9: Hüquqi resepsiya və ya idxal / Nicat Rəsulzadə, Elvin İsayev, Mehran Əmirli

    Ep. 9: Hüquqi resepsiya və ya idxal / Nicat Rəsulzadə, Elvin İsayev, Mehran Əmirli

    Hüquqi resepsiya başqa yurisdiksiyadan qanun və ya qaydaların idxalı prosesidir. Podkastda ümumiyyətlə resepsiya anlayışı, kütləvi resepsiya həyata keçirmiş ölkələrin nümunələri, Azərbaycanda resepsiya, resepsiya barədə mövcud akademik yanaşmalar, resepsiyadan sonra ortaya çıxan problemlər müzakirə olunur. Sonda problemli resepsiyanın mümkün səbəbləri barədə də söhbət aparılır.

    • 30 min
    Ep. 8: Astana Beynəlxalq Maliyyə Mərkəzinin məhkəməsi / Nicat Rəsulzadə və Nihat Hüseynov

    Ep. 8: Astana Beynəlxalq Maliyyə Mərkəzinin məhkəməsi / Nicat Rəsulzadə və Nihat Hüseynov

    Podkastda bloqun redaktorları Nicat Rəsulzadə və Nihat Hüseynov Astana Beynəlxalq Maliyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən məhkəmənin fəaliyyəti barədə müzakirə aparır. Məhkəmənin yaranma tarixi və səbəbləri (1:30), onun ümumi məhkəmə sistemindəki yeri (7:21), həmin məhkəmə tərəfindən qəbul edilən qərarların tanınıb icra edilməsi (12:20), qərarların açıqlanma qaydası (23:52), məhkəmənin fəaliyyətinin tənzimlənməsi (26:10), maliyyə mərkəzinin fəaliyyətini tənzimləyən aktların qəbul edilməsi qaydası (26:50) və məhkəmənin yurisdiksiyası müzakirə edilmişdir.

    • 41 min
    Ep. 7: Sürətli pul köçürmə sistemləri, virtual aktivlər və maliyyə monitorinqi w/ Əmrah Rəhmanov

    Ep. 7: Sürətli pul köçürmə sistemləri, virtual aktivlər və maliyyə monitorinqi w/ Əmrah Rəhmanov

    Çirkli pulların yuyulmasına qarşı mübarizə barədə növbəti podkastda qonağımız Maliyyə Monitorinqi Xidmətinin hüquqşünası Əmrah Rəhmanovdur. Qonağımızla ÇPY üzrə müasir dövrdə əsasən hansı problemlərin ortaya çıxması (00:44), maliyyə monitorinqi aspektindən istifadəsi genişlənən sürətli pul köçürmə sistemləri (01:50), virtual aktivlərin çirkli pulların yuyulması üçün istifadəsi və bununla mübarizədə yeniliklər (16:54), virtual aktivlərin maliyyə monitorinqi üzrə qanunvericiliyə edilə biləcək dəyişikliklər (40:12), o cümlədən hüquq peşəsi ilə maliyyə monitorinqinin kəsişməsi və hüquqşünasların bu sahədə məsuliyyəti (46:46) barədə danışmışıq.

    • 53 min
    Ep. 6: Çirkli pulların yuyulmasına qarşı mübarizə w/ Azər Abbasov

    Ep. 6: Çirkli pulların yuyulmasına qarşı mübarizə w/ Azər Abbasov

    Çirkli pulların yuyulmasına qarşı mübarizə mövzusunda podkastımızın 1-ci hissəsinin qonağı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin hüquq departamentinin direktoru Azər Abbasov oldu. Müzakirə əsnasında çirkli pulların yuyulmasına qarşı mübarizənin tənzimlənməsi (00:30), çirkli pulların yuyulmasına qarşı mübarizənin aparılmasında beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə (08:12), bəzi institutların tətbiq edilməsi zamanı təcrübədə meydana çıxan problemlərə (15:56) toxunmuşuq.

    • 32 min
    Ep. 5: Hüquq və texnologiya w/ Turxan İsmayılzadə

    Ep. 5: Hüquq və texnologiya w/ Turxan İsmayılzadə

    Halle Vittenberq Universitetində hüquq üzrə Ph.D. araşdırmaçısı olan Turxan İsmayılzadə ilə qonağımızın əsas araşdırma mövzusu olan süni intellektin bağladığı müqavilələrdə əhəmiyyətli yanılma məsələsi (00:43), süni intellektin mülki hüquq subyektliyi (03:03) və hüquqi məsuliyyəti (06:44), texnoloji yeniliklərin hüquq sistemlərinə hazırkı təsiri və gələcəkdəki təsirləri (15:00), ümumi və kontinental hüquq sistemləri baxımından ağıllı (smart) müqavilələrin hüquqi qüvvəsi (20:21), Azərbaycanda və dünyada sənədləşmələr üzrə blokchain texnologiyasının tətbiqi (25:16) və ölkədə hüququn müasir texnoloji yeniliklərə uyğun olmasını təmin etmək üçün atılmalı addımlar (31:39) haqqında danışmışıq.

    • 37 min
    Ep. 4: Daşınmaz əmlak reyestrinin həqiqiliyi w/ Azər Əliyev

    Ep. 4: Daşınmaz əmlak reyestrinin həqiqiliyi w/ Azər Əliyev

    Növbəti podkastımızın qonağı Almaniyanın Halle Vittenberq Universitetinin professoru Azər Əliyevdir. Azər müəllimlə hüquqda daşınmaz əmlaka fərqli yanaşmanın əsas səbəbləri (00:35), daşınmaz əmlaka dair hüquqların tanınmasında müxtəlif ölkələrin təcrübələri (03:13), bununla bağlı milli hüquqdakı yanaşma və yaranan problemlər (08:49) haqqında müzakirə aparmışıq.

    • 21 min

Customer Reviews

5.0 out of 5
2 Ratings

2 Ratings

Top Podcasts In Business

Prof G Markets
Vox Media Podcast Network
The Ramsey Show
Ramsey Network
REAL AF with Andy Frisella
Andy Frisella #100to0
Money Rehab with Nicole Lapin
Money News Network
The Prof G Pod with Scott Galloway
Vox Media Podcast Network
The Money Mondays
Dan Fleyshman