Havva Safarova - Ninja Mama Podcast

Havva Safarova

Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.

  1. Travmalar bizi güclü edib? İndiki nəsil niyə zəifdir?

    04/10/2025

    Travmalar bizi güclü edib? İndiki nəsil niyə zəifdir?

    Bugün bizə psixoloqların həddindən artıq məlumat axını nəyi ötürməyə çalışır? Travmalar bizə həqiqətən zərərmi verir? Bu proseslərin qızıl ortasını qonağım, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Ramil Hüseynzadə ilə müzakirə etdik. Bəs siz necə düşünürsünüz? 01:00 - Ramil Hüseynzadə kimdir? 01:30 - Psixi dözümlülük nədir? 02:40 - Bizim valideynlərin psixologiyası yox idi? Niyə onlar haqqında kimsə düşünmürdü? Ancaq biz indi hər şeyi travma ilə əlaqələndiririk. 05:34 - İnsan ya tam dərinə gedir, ya da ümumiyyətlə psixologiyanı məsxərəyə qoyur. Bunun qızıl ortası nədir? Hər şeydəmi psixoloqa qaçmaq lazımdır?! 10:33 - Çətin zamanlar güclü insanlar formalaşdırır, güclü insanlar zəif xarakterlər formalaşdırır. Bu fikirlə razısınızmı? Burada qızıl orta nə olmalıdır?! 14:45 - Səni dəstəkləməyən partnerindən boşanmaq, yoxsa istədiyin dəstəyi alana kimi mübarizə aparmaq? Doğru olan nədir? 20:19 - Boşanmağı adiləşdirmək nə dərəcədə normaldır? 25:57 - İnsanlar bəzən münasibətlərinin qeyri-sağlam olmadığının fərqində olmurlar və bunu normallaşdırırlar. Biz boşluqlarımıza görə münasibətə giririk? Buna əsl mənada nə ad vermək olar? 31:39 - Psixoloji dözümlülüyü kontrolda saxlamağın bir yolu var? Fərqində olmaq hər şeyi həll edir? 38:54 - Niyə biz realı qəbullanmırıq? Niyə reallıqlardan qaçırıq? 44:54 - Niyə yol bizə maraqlı deyil? Niyə bu yolun dadını çıxarmaq istəmirik? 50:38 - Uşaqların psixoloji dayanıqlığını davamlı etmək üçün valideynlər necə və hansı addımlar atmalıdırlar? Hosted on Acast. See acast.com/privacy for more information.

    56 min
  2. Azərbaycanda 250 AZN ödəyərək, Özəl məktəbdə uşaq oxutmaq olar?

    09/14/2024

    Azərbaycanda 250 AZN ödəyərək, Özəl məktəbdə uşaq oxutmaq olar?

    0:10 - Tural bəy kimdir? Nəçidir? Nə işlə məşğul olur? 3:15 - 5 illik yaratmış olduğunuz bir sistemi qoyub, yenidən, sıfırdan bir sistem yaratmağa sizi təşviq edən nədir? 5:37 - Zəfər liseyi haqqında ətraflı məlumat almaq istərdim. Həqiqətən təhsil 250 manatdırmı? Necə olur bir çox özəl məktəbdə illik ödəniş 7-8000-dən başlayarkən siz sadəcə 250 manata təhsil deyirsiniz? 10:25 - Beynəlxalq təhsilə yönəlmək önəmi hardan gəlir? Yerli təhsil sistemində problem var ki, biz daha çox beynəlxalq təhsilə qaçmağa çalışırıq? 15:45 - Beynəlxalq təhsil sahəsində hansı təcrübələriniz var? Hansı layihələrdə iştirak etmisiniz? Hansı layihələrə təşəbbüs göstərmisiniz? 20:26 - Beynəlxalq təhsilin uşağın karyera yolunda sözünü dediyi nüans nədir? Bakıda və ya rayonda böyüyüb, daha sonra öz üzərində işləyərək beynəlxalq təsilə yiyələnə bilən insanlardan fərqi nə olacaq beynəlxalq təhsil alan uşağın? 24:21 - Beynəlxalq təhsil proqramında şagirdlər hansı imtahanları vermələri vacibdir? 27:17 - Bu sahədə, proqramların tətbiqi Azərbaycanda nə dərəcədə yayqındır? Valideyn olaraq zəmanət və rahatlığı necə ala bilərik ki, həqiqətən dərsləri tədris edən müəllimlər ixtisaslı kadrlardır? 30:14 - O zaman belə çıxır ki, bizim yerli kurikulum sistemi hərtərəfli olmağı öyrədir, nəyinki beynəlxalq sistem (parafreys) 30:45 - Valideynləri beynəlxalq təhsildə maraqlandıran və sizin təcrübənizə ən çox daxil olan sual və narahatlıqlar nədir? Hosted on Acast. See acast.com/privacy for more information.

    40 min

About

Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.