Techaz Podcast

Tech.az Media

Tech.az Media innovasiya, startap və texnologiya mövzuları əhatə edən yeni podkast seriyasına yayımalyır. Podkast seriyasının əsas məqsədi innovativ texnologiya icması ilə ən son trendləri müzakirə edib, cəmiyyətə məlumat verməkdir.

Episodes

  1. "Amazon"un Marketinq Rəhbəri Nərmin Fərzəliyeva | Techaz Podcast

    12/29/2025

    "Amazon"un Marketinq Rəhbəri Nərmin Fərzəliyeva | Techaz Podcast

    Nərmin Fərzəliyeva 10 ildən artıq davam edən zəngin və çoxşaxəli marketinq təcrübəsinə malik peşəkardır. O, həm lokal, həm də beynəlxalq bazarlarda müxtəlif kanallar üzrə strateji marketinq, məhsul idarəetməsi, rəqəmsal transformasiya və istehlakçı davranışlarının analizi kimi sahələrdə dərin ekspertizaya sahibdir. Karyerası boyunca Coca-Cola kimi qlobal şirkətlərdə mühüm liderlik rollarında çalışaraq e-commerce, omni-channel marketinq, brend idarəetməsi və iri həcmli beynəlxalq tədbirlərin marketinqi üzrə uğurlu layihələrə imza atıb. Bu təcrübə ona müxtəlif bazar dinamikalarını, istehlakçı motivasiyalarını və dəyişən tendensiyaları dərindən anlama imkanı yaradıb. Hazırda Nərmin xanım qlobal miqyasda ən innovativ şirkətlərdən biri olan Amazon-un Marketinq Rəhbəri (Head of Marketing) olaraq fəaliyyət göstərir. Onun rolu təkcə marketinq strategiyalarının qurulması ilə məhdudlaşmır – o, həmçinin məhsul yönümlü düşüncə, müştəri yönümlü innovasiya və data əsasında qərarvermə prinsiplərini birləşdirərək markanın davamlı inkişafına töhfə verir. Podkastda Nərmin xanım marketinqin gələcəyi, texnologiyanın brendlərə təsiri, süni intellektin rolu, data əsaslı marketinq yanaşmaları və Amazon kimi qlobal şirkətdə əldə etdiyi təcrübələrdən söz açır. O, həmçinin sürətlə dəyişən rəqəmsal mühitdə şirkətlərin necə çevik qalmalı olduqlarını və gələcək marketoloqlar üçün vacib bacarıqları da bölüşür. Podkast 27 Noyabr 2025-ci ildə çəkilib.

    42 min

About

Tech.az Media innovasiya, startap və texnologiya mövzuları əhatə edən yeni podkast seriyasına yayımalyır. Podkast seriyasının əsas məqsədi innovativ texnologiya icması ilə ən son trendləri müzakirə edib, cəmiyyətə məlumat verməkdir.