Tech-week

Kamran Hasilovich

[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.

  1. Techweek #E9S3: Süni İntellekt iş yükümüzü azaldır mı, artırır mı? Araşdırmalar bu mövzuda nələr deyir?

    23 MAR

    Techweek #E9S3: Süni İntellekt iş yükümüzü azaldır mı, artırır mı? Araşdırmalar bu mövzuda nələr deyir?

    Əziz Tech-week dinləyiciləri, bu yeni bölümümüzə xoş gəlmisiniz! Bu gün günlərdən epizod 9, sezon 3. Ümidvarıq ki, bölümlərimizi yaxından izləyirsiniz və seçdiyimiz mövzular sizə maraqlı gəlir, bizləri maraqla dinləyirsiniz. Bu gün ələ aldığımız mövzu süni intellektin və onun gətirdiyi yeni alətlərin, proqramların iş yükünü azaldıb azaltmadığı ilə bağlı oldu. Güncəl araşdırmalar, ən son müzakirələr bu mövzu barədə nələr deyir, hal-hazırki Sİ - in potensial qazandıracağı üstünlükləri şirkətlər həqiqi üstünlüyə, həqiqi gəlirə çevirə bilir mi, məhsuldarlığımızda və ya iş yükümüzü azaldaraq bizi ən vacib problemlərə fokuslanmağa sövq edir mi? Bir qədər statistikalarla, faktlarla dolu bir bölüm oldu, amma sizi əmin edirəm ki, heç də sıxıcı bir bölüm olmadı . Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=GRZclb2Qc4o

    18 min
  2. Techweek #E8S3: Dario Amodei nəyə xəbərdarlıq edirdi? - Süni intellektin hərbi tətbiqləri nə üçün ciddi etik müzakirələrə səbəb olur

    8 MAR

    Techweek #E8S3: Dario Amodei nəyə xəbərdarlıq edirdi? - Süni intellektin hərbi tətbiqləri nə üçün ciddi etik müzakirələrə səbəb olur

    Bu gün günlərdən yenidən Bazardır, və biz yeni epizodumuzla sizlərin qarşısındayıq, əziz dinləyicilər! Bu bölümdə biz Anthropic PBC şirkətinin CEO-su olan Dario Amodei-nin müxtəlif müsahibələrdə bəhs etdiyi və xəbərdarlıq etdiyi mövzularda daha detallı söhbət açmışıq. Dario son iki-üç həftədir ki, istər CBS News-da, istərsə də Economist qəzetinə verdiyi müsahibəsində Süni intellektin risklərinə, bu texnologiyanın bir neçə şirkətin əlində təmərküzləşməsi və hökumətlərin limitsiz əlçatımlılıq istəməsinə, o cümlədən bu son bir neçə təlatümlü aylarda hərbi əməliyyatlarda artıq əhatəli şəkildə istifadəsinə toxunmuşdur. Bu mövzular birbaşa olaraq məsuliyyətin kimdə olması, bu risklərin adaptiv şəkildə idarə olunması və təhlükələrin miqyasını idarə etməyi, cəmiyyətlərə olan qeyri-stabillik riskinin artırması, qərarlar zəncirində insanın payı və önəmi və s. kimi söhbətləri də bərabərində gətirir. Artıq müharibələr və hərbi əməliyyatlar çox xərcli olmayacağı üçün daha da yayıla bilər mi? Bəs ölkələrin mövcud hüquq sistemləri bu yeni, sürətlə inkişaf edən və "boz ərazi"də tətbiqlər tapmaqda davam edən bu güclü Süni intellekt sistemlərinə necə adaptasiya olacaq? Daha da əlçatımlı və günü-gündən güclənən bu texnologiyalar insan övladının mənfi niyyətləri ilə birləşərsə nə baş verə bilər? Gəlin bu mövzularda daha da agah olmaq üçün qulaq asaq, və maariflənək. Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=K7vumna8aa4&t

    17 min
  3. Techweek #E7S3: Meta-nın asılılıq məhkəməsi, bildiklərimiz və bilmədiklərimiz

    22 FEB

    Techweek #E7S3: Meta-nın asılılıq məhkəməsi, bildiklərimiz və bilmədiklərimiz

    Əziz dinləyicilər, yeni bölümümüzə müəyyən aradan sonra yenidən xoş gəlmisiniz! Bu günkü epizodumuzun əsas mövzusu bu həftə başlamış olan, Mart ayı boyunca da davam edəcək Mark Zukerberqin məhkəmə proseduru və bu prosesin detallarının sosial media haqqında bildiklərimizə, bu platformanın gələcəyinə təsirləri barəsində oldu. Nə üçün Meta özlərinin apardığı akademik araşdırmanın nəticələrini yayımlamaqdan çəkindi? Bu nəhəng şirkətlər yeniyetmələrin və gənclərin öz platformalarından asılı olduqlarını, aludəçi kimi günün əksəriyyətini orada keçirərək dərslərindən, öz sosial həyatlarından və mental sağlamlıqlarından zərər gördüklərini bilirmi? Bəs nə üçün bu barədə kifayət qədər addımlar atılmır? Bəs gənclərin özlərini digərləri ilə müqayisə etməyə məcbur edən "gözəllik filterləri"-nə nə deməli? Bütün bu məhkəmə prosesləri və elmi araşdırmalar, Böyük Tütün şirkətlərinin keçən əsrin sonlarına doğru təcrübə etdiklərinə gətirib çıxara bilər mi? Gələcəkdə hər bir platformaya daxil olarkən üzərində xəbərdarlıq yazısı görə bilərik mi? Bəs 16 yaşdan aşağı uşaqlara bütövlükdə qadağanın gətirilməsi müzakirələri mövzunu haraya doğru aparacaq? Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sağlam bildiyiniz sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=AghmxDPMOLg

    15 min
  4. Techweek #E5S3: Müasir texnologiyalar vərdişlərimizi dəyişməkdə və yenilərini yaratmaqda nə vədlər verir?

    4 JAN

    Techweek #E5S3: Müasir texnologiyalar vərdişlərimizi dəyişməkdə və yenilərini yaratmaqda nə vədlər verir?

    Bu gün günlərdən Tech-week günüdür, və sizləri 5-ci epizodumuzun girişindən salamlayırıq! Artıq 2026-cı il gəldi, əksəriyyətimiz yeni il üçün hədəflərimizi qoyduq. Bəzilərimiz daha sağlam həyat tərzi, bəzilərimiz isə proqramlaşdırma və yaxud dil öyrənmək. Digərlərimiz tütün istehlakı kimi zərərli vərdişlərdən qurtulmağa çalışır, kimisi isə zərərli sosial şəbəkə istifadəsini azaltmağı planlaşdırır. Bu gün haqqında bəhsini açdığımız mövzu da elə vərdişlərlə bağlı oldu - necə sağlam vərdişlər qazanmaq olar, pis vərdişlərimizdən qurtulmağın, həyatımıza olan təsirini azaltmağın yolları nələrdir, texnologiyanın gəldiyi bu ən son mərhələdə hansı gerçək həll yolları vəd edir, gələcəkdə bəs hansı məhsulları, alətləri, applikasiyaları görə bilərik? Bütün bunlar maraqlı səslənirsə, bu sezonun ən son bölümünə keçid edərək dinləyə bilərsiniz. Bəs siz öz vərdişlərinizi idarə etmək üçün, hansı üsullardan istifadə edirsiniz? Hansı applikasiyalar ən çox köməyinizə gəlib, bəs Barış Özcanın *zənciri qırma* texnikasını necə, yoxlamısınız? Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=gNN4sOYxq04&t=19s

    11 min
  5. Techweek #E4S3: Post-internet dövründə investisiya və maliyyə - Fırıldaqçılıq imperiyasından maariflənməyə doğru

    21/12/2025

    Techweek #E4S3: Post-internet dövründə investisiya və maliyyə - Fırıldaqçılıq imperiyasından maariflənməyə doğru

    Yeni bir həftə və yeni bir bölümümüz yenidən yayımdadır! Xoş gəldiniz əziz dinləyicilər, bu gün bu epizodumuzda post-internet dövründə maliyyənin və investisiyaların necə dəyişdiyindən, bu texnologiyanın hansı boşluqları yaratdığından və 'platformalaşdırma' periodunda, hərşeyin platformalara keçdiyi dövrümüzdə necə daha diqqətli yatırım etmək lazımdır, hansı qırmızı bayraqlara diqqət edilməlidir və s. haqqında bəhs etmişik. Bənzər mövzulara əvvəlki bölümlərimizdə müxtəlif aspektlərdən toxunsaq da, mövzunun ciddiliyi, bu "scam"lərə inanan və itkilərlə üzləşənlərin miqyası, və bu haqda maarifləndirmə istəyi bizə motivasiya oldu. Bu epizodumuz əvvəlki epizodlardan bir qədər fərqli olaraq OCCRP adlanan araşdırmaçı jurnalistlərin konsortiumu tərəfindən edilən maraqlı araşdırmaya (məqaləyə) əsaslandı. Onların aşkara çıxardıqları bu detallar, hər birimiz üçün, xüsusən də onlayn yatırım edənlər, bu sahə ilə maraqlanan yeni başlayan investorlar və gələcəyi düşünən insanlar üçün faydalı olacaq deyə ümid edirik. Məqalənin linkini aşağıda tapa bilərsiniz. Bəs siz hansı platformalara öz pulunuzu etibar edirsiniz, sizin müşahidə etdiyiniz hansı risklər var? Texnologiya daha hansı faydaları və təhlükələri özü ilə bərabər maliyyə dünyasına gətirir? Bunları da bizimlə bölüşə bilərsiniz. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=l7rHRPD0PG8&t=607s Məqalə linki: https://www.occrp.org/en/project/scam-empire/call-center-brands-design-test?utm_content=bufferc1726&utm_medium=social&utm_source=linkedin&utm_campaign=Buffer

    21 min
  6. Techweek #E3S3: Mikrorobotlar və onların tətbiq sahələri - İnsanların uzunömürlülük arzusu sonunda çin olacaq mı?

    07/12/2025

    Techweek #E3S3: Mikrorobotlar və onların tətbiq sahələri - İnsanların uzunömürlülük arzusu sonunda çin olacaq mı?

    Axşamınız və hər vaxtınız xeyir əziz dinləyicilər, bu günün Tech-week buraxılışı yenidən sizlərlə birlikdədir! Ümidvarıq ki, sezon 3 axarında gedir və yeni mövzularımızı dinləməkdən, araşdırmalarımızdan zövq alırsınız. Bu gün həqiqətən də çox balaca mövzudan uzun-uzun danışmışıq: Bəli, mövzu mikrorobotlar idi! Bu mikroskopik robotlar gələcəyin tibb sahəsini yenidən şəkilləndirəcək mi? İstər ürək-damar xəstəliklərinin müalicəsində və analizində, o cümlədən xərçəng xəstəliyi kimi ağır, bəzən müalicəsi olmayan ciddi xəstəliklərin daha erkən diaqnozunda olsun, istərsə də tikinti sektorunda və ya zavod-fabriklərin makinələrində dayanıqlılıq testi kimi istifadəsində olsun, hər sahədə potensial göstərən bu "balacalar" həqiqətən də dilimizdəki *bap-balaca boyu var, dam dolusu toyu var!* atalar sözü ilə tam uzlaşır. Onları araşdıran Stanford və Harvard kimi öncü universitetlər, öz ağırlığının yüzlərlə qatını daşıyan bu robotların gələcəyinin parlaq olduğunu söyləyirlər. Yetərincə praktiki araşdırma və investisiya olarsa, çox önəmli problemlərimizə və yetərsizliklərimizə ümid yeri ola biləcəyini proqnozlaşdırırlar. Maraqlı gəldisə, daha çoxunu dinləmək üçün 3-cü bölümümüzə keçid edin. Xoş dinləmələr! Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=cvWgFGJyZZA (Telegram contact spoofing - "Salam, mən sənin şəklini bu saytda gördüm.")

    31 min
  7. 23/11/2025

    Techweek #E2S3: Telegram kontakt spufinq (contact spoofing) - "Salam, mən sənin şəklini bu saytda gördüm."

    Yeni sezonumuzun 2-ci epizoduna xoş gəldiniz, Tech-week dinləyiciləri! Bu gün sizlərlə birlikdə gerçək hekayəyə əsaslanmış bir mövzuda, yaxınlarımızdan birinin yaşadığı bir hadisə ilə bağlı maarifləndirici buraxılış yayımlamaq qərarına gəldik və sizinlə 'contact spoofing' adlanan, bəlkə də "kontakt virtual kamuflyajı" kimi tərcümə edə biləcəyimiz bir texnikadan danışdıq. Azərbaycan dilində birbaşa doğru tərcüməsini və termin qarşılığını tapa bilmədiyimiz bu texnikadan adətən zərərli yazılımları yazan və insanları tora salaraq onların məlumatlarını onlayn şəkildə ələ keçirmək istəyən "threat actors" - mənfi niyyətli təhlükə aktyorları istifadə edirlər. Bizlər də sizə bu texnikaların aktiv döndüyü kommunikasiya applikasiyalarının - Telegram, WhatsApp, Messenger və s. boşluqları haqqında danışdıq, bu metodları necə görə biləcəyimiz, adətən bu linklərin nəyə bənzədiyini, hansı metodlarla bizlərə gəlib çatdığını və nə üçün heç birimizin bunlardan tam şəkildə risksiz, azad olmadığımızı müzakirə etdik. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın. Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=mHPkPfjIswI&t=483s (AI bubble (Süni İntellekt şarı) - partlayacaq mı?)

    26 min

About

[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.